İşçilərin hündürlükdə işlərin təhlükəsizliyi üzrə hansı qruplara bölündüyü açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Ayaqaltı vasitələrindən istifadə olunmadan, 5 m və daha çox hündürlükdə görülən işlərə, eləcə də hasarlanmayan, 5 m-dən çox hündürlüyü olan meydançalardan 2 m-dən az məsafədə qoruyucu hasarlar olmadıqda və ya hündürlüyü 1,1 m-dən kiçik qoruyucu hasarları olduqda yerinə yetirilən işlərə buraxılan işçilər, eləcə də hündürlükdə göstərilən işlər yerinə yetirilərkən texniki-texnoloji və ya təşkilati tədbirləri təşkil edən işçilər hündürlükdə işlərin təhlükəsizliyi üzrə aşağıdakı 3 qrupa bölünürlər :
– 1-ci qrup – briqada tərkibində və ya işəgötürənin əmri ilə təyin olunmuş işçinin bilavasitə nəzarəti altında işlərə buraxılan işçilər;
– 2-ci qrup – ustalar, briqadirlər, staj rəhbərləri, eləcə də məsul iş icraçıları tərəfindən naryad-buraxılış üzrə təyin olunan işçilər;
– 3-cü qrup – işəgötürən tərəfindən təyin olunan, hündürlükdə işlərin təhlükəsiz təşkilinə və yerinə yetirilməsinə, eləcə də təlimatların keçirilməsinə, qəza vəziyyətləri yaranarkən və xilasetmə işlərinin həyata keçirilməsi zamanı işçilərin təxliyyəsi və xilas edilməsi üzrə tədbirlər planının (bundan sonra – təxliyyə planı) tərtib edilməsinə cavabdeh işçilər, fərdi mühafizə vasitələrinə xidmət göstərən və vaxtaşırı baxış keçirən işçilər, naryad-buraxılış verən işçilər, hündürlükdə naryad-buraxılış əsasında yerinə yetirilən işlərə cavabdeh rəhbərlər; hündürlükdə işlərin icrası planınını (bundan sonra – icra planı) təsdiq etmək səlahiyyətinə malik vəzifəli şəxslər. 3-cü qrup işçilərə həmçinin, hündürlükdə işlərin öyrədilməsini həyata keçirən mütəxəssislər, eləcə işlərin təhlükəsiz metod və üsullarla yerinə yetirilməsi təlimlərini həyata keçirən təşkilatların attestasiya komissiyalarının üzvləri və işəgötürənlər aiddir.
1-ci və 2-ci qrup işçilərə hündürlükdə işlərin təhlükəsiz metod və üsullarının dövri olaraq öyrədilməsi ildə bir dəfədən, 3-cü qrup işçilərə isə 3 ildə bir dəfədən az olmayaraq həyata keçirilir.