Lənkəranda ustalar hündürlükdən yıxılıb.
Heftelik.az-ln APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Vilvan kəndi ərazisində baş verib.
Usta Lənkəran şəhər sakini 1987-ci il təvəllüdlü Ruslan Samid oğlu Zülfüqarov və rayon Sütəmurdov kənd sakini 1969-cu il təvəllüdlü İlyas Hidayət oğlu Səfərov qurduqları “ayaqaltıdan” yıxılıblar.
Ağır xəsarət alan ustalar dərhal Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.
Həkimlər, R.Zülfüqarovun həyatını xilas edə bilməyiblər. O, aldığı xəsarətlərdən ölüb.
Digər yaralı İ.Səfərova ilkin tibbi yardım göstərilib və o, reanimasiya şöbəsinə yerləşdirilib.
Əldə etdiyimiz məlumata görə, ustalar evlərin birinin çöl tərəfində hündürlükdə bətkeş işi görüblər.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.