Məsul iş rəhbərinin nələrə cavabdeh oduğu açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Məsul iş rəhbəri aşağıdakılara cavabdehdir:

– naryad-buraxılış sənədində göstərilən bütün zəruri təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsinə;

– işlərin yerinə yetirilmə şərtləri üzrə lazım olan, onun tərəfindən qəbul edilən əlavə təhlükəsizlik tədbirlərinə;

– briqada üzvlərinin təlimatlandırılmasına;

– hündürlükdə işlərin təhlükəsiz yerinə yetirilməsinin təşkilinə.