Masallıda müəllim intihar etdi

04 Oktyabr 2024, 15:50

Masallı rayonu Dəmirçi kənd sakini Asif Abbaszadə intihar edib.

Heftelik.az-ın Asiya.az-a istinadən verdiyi məlumata görə, Asif Abbaszadə uzun müddət Masallı rayonu Dəmirçi kənd ümumi orta məktəbində ibtidai sinif müəllimi işləyib.

İki ildir yaşı ilə əlaqədar təqaüddə olan Asif müəllimin hansı səbəbdən intihar etməsi məlum deyil.
Allah rəhmət etsin.