Hamar yerdə nərdivanı quraşdırarkən onu bərkitmək mümkün olmadığı hallarda, nərdivanın aşağısında dəbilqə geyinmiş işçi dayanmalı və onu dayanıqlı şəkildə tutmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Nərdivan iki işçi tərəfindən daşınarkən ucluqları arxada qoyaraq və qarşıdan gələnləri təhlükə barədə xəbərdar edərək aparılmalıdırlar. Nərdivan bir işçi tərəfindən daşındığı halda o, maili vəziyyətdə elə tutulmalıdır ki, nərdivanın qabaq ucu yer səthindən 2 m-dən az olmayaraq yuxarı qaldırılsın.