Sınaqdan keçirilən avadanlıq, sınaq qurğusu, həmçinin onları birləşdirən naqillər xəbərdaredici lövhələrlə, burazlarla və s. çəpərlənməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Sınaq qurğusuna gərginlik verilən andan səyyar laboratoriyaya daxil olmaq və ya oranı tərk etmək, torpaqda dayanmaqla qurğunun gövdəsinə və səyyar laboratoriyanın kuzovuna əl ilə toxunmaq qadağandır.