Zəncirlər belə olmalıdır

04 Oktyabr 2024, 08:19

Sintetik kanatlar və stroplar qapalı quru, birbaşa günəş şüalarından, yağdan, benzindən, ağ neftdən və başqa həlledicilərdən qorunan yerlərdə, asılı vəziyyətdə və ya taxta rəflərin üzərində qızdırıcı cihazlardan ən azı 1 m məsafədə saxlanılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Zəncirlər həm yük daşımaq üçün, həm də stropların hazırlanması üçün istifadə edilən lövhəşəkilli, qaynaq edilmiş və ştamplanmış zəncirlər müəyyən edilmiş tələblərə uyğun olmalıdırlar.