Hizbullahın yeni baş katibi Haşim Səfi əd-Din öldürülüb.
Heftelik.az-ın xəbərinə görə, bu barədə “Al-Arabiya” məlumat yayıb.
İsrail oktyabrın 4-də Beyrutun cənubuna hücum zamanı Hizbullahın yeni liderinin də olduğu bunkeri hədəf alıb. İsrailin Beyrutun cənubuna zərbələri davam etdirməsi xilasedicilərin oktyabrın 4-də Hizbullahın yeni baş katibi Haşim Səfi əd-Dinin də içərisində olduğu bunkerə hücum yerində axtarış işləri aparmasına mane olub.