Sabir Kamal oğlu Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib.

Heftelik.az-ın məlumatına görə,  Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Sabir Kamal oğlu Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Sabir Hacıyev Milli Məclisin deputatıdır.