İlkin hərbi qeydiyyata alınarkən və ya hərbi xidmətə çağırılarkən hərbi xidmətə müvəqqəti yararsız sayılmış vətəndaş tibbi müayinədən (müalicədən) imtina etdikdə və ya yayındıqda, 3 aydan sonra təkrar şəhadətləndirilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.

Əgər təkrar şəhadətləndirilmə zamanı vətəndaşın sağlamlıq vəziyyətinin pisləşməsi əlamətləri aşkar edilməzsə, yaxud onun hərbi xidmətə çağırılmasına mane ola biləcək xəsarətin və ya xəstəliyin aşkar əlamətləri olmazsa, o, hərbi xidmətə yararlı, yaxud müvafiq təyinat göstəricisi ilə hərbi xidmətə yararlı hesab edilir.