Hərbi xidmət keçməyən və hərbi xidmətə könüllü daxil olan vətəndaşda “Xəstəliklər cədvəli” ilə hərbi xidmətə yararlılığın fərdi qiymətləndirilməsini nəzərdə tutan xəstəliklər olduqda, hərbi həkim komissiyası “C” kateqoriyası üzrə (dinc dövründə hərbi xidməti yararsız, müharibə dövründə məhdud yararlıdır) qərar çıxarır.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.
“c” bəndinə qanın, qanyaradıcı orqanların və onlara həmcins toxumaların bədxassəli xəstəliklərinə görə şüa və ya sitostatik terapiyadan sonrakı hallar aiddir. Xəstəliyə görə məzuniyyət verilməsinin zəruriliyi barədə qərar şüa və ya sitostatik terapiya aparıldıqdan sonra çıxarılır.