Neftvurma stansiyasının nasosxanalarında və digər partlayış təhlükəli otaqlarda hava mühitinin qazlılığının daşınan qazanalizatorlarla dövri yoxlanmasından əlavə hava mühiti stasionar yoxlama sistemləri ilə fasiləsiz rejimdə yoxlanılmalı və onların vericiləri (datçikləri) istismar təlimatına uyğun quraşdırılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.