Göygöl sakinini əqrəb sancıb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, rayonun Aşıqlı kənd sakini, 1975-ci il təvəllüdü Adil Məmmədov sentyabr ayının əvvəllərində həyətyanı sahəsində işləyərkən onu əqrəb sancıb.
İki gün sonra halı pisləşən Adil Məmmədov xəstəxanaya aparılıb, müalicəsi 1 ay davam etdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, A. Məmmədov Göygöl rayon Toğanalı kənd orta məktəbində “Gənclərin çağırışaqədərki hazırlığı” fənnindən dərs deyirmiş.