Hərbi-həkim komissiyalarına  hərbi xidmətə könüllü daxil olan vətəndaşların, orqanlara xidmətə daxil olan vətəndaşların, hərbi qulluqçuların, orqanlarda xidmət keçən şəxslərin, hərbi liseylərə Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə daxil olan vətəndaşların, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, digər qoşunların və orqanların ixtisas təhsilli hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə (bundan sonra — hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələri) daxil olan vətəndaşların, orqanların orta və ali ixtisas təhsilli təhsil müəssisələrinə (bundan sonra — təhsil müəssisələri) daxil olan vətəndaşların, hərbi liseylərdə Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan vətəndaşların  şəhadətləndirilməsinin təşkili və keçirilməsi həvalə olunur.

Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.