“Xəstəliklər cədvəli”nin III qrafası ilə şəhadətləndirilən hərbi qulluqçunun xəstəliyə görə məzuniyyəti 30 gündən artıq olmayaraq uzadılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.
Fasiləsiz müalicədə olmanın ümumi müddəti xəstəliyə görə məzuniyyətdə olma müddəti də daxil olmaqla, 6 aydan artıq olmamalıdır (vərəm xəstəliyinə tutulmuşlar üçün — 12 ay). Müalicədə olma müddəti “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə müvafiq olaraq uzadılır.