Qlükoza tolerantlığı və aclıq şəkəri olanlar (təsdiq edilmiş şəkərli diabet istisna olmaqla) hərbi xidmətə yararlı hesab edilirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.
Psixogen mənşəli poliuriya və polidipsiyalar olanlar hərbi xidmətə yararlı hesab edilir. Şəkərli diabet tip 1 diaqnozu təyin olunmuş I və II qrafalar üzrə şəhadətləndirilənlər “a” bəndi üzrə, III qrafa üzrə şəhadətləndirilənlər ağırlaşma və ya funksiya pozulmasının dərəcəsindən asılı olaraq “a” və ya “b” bəndi ilə şəhadətləndirilməlidirlər.