Hərbi qulluqçunun hərbi xidmətə yararlılıq kateqoriyası haqqında qərar Hərbi-həkim ekspertizası haqqında Əsasnaməyə uyğun olaraq çıxarılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.
Zabitlərdə, gizirlərdə, miçmanlarda və Dövlət Sərhəd Xidmətinin müddətdən artıq xidmət keçən çavuşlarında “Xəstəliklər cədvəli” üzrə hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə fərdi qiymətləndirməni nəzərdə tutan xəstəliklər olduqda, yararlılıq kateqoriyası haqqında qərar şəhadətləndirilənlərin ixtisası, tutduğu vəzifə, hərbi-uçot ixtisası, yaxud təyin ediləcəyi nəzərdə tutulmuş vəzifə və hərbi uçot ixtisası üzrə xidmət təcrübəsi, sağlamlıq vəziyyəti, komandanlığın və hərbi-hissə həkiminin bu hərbi qulluqçunun hərbi xidmət, hərbi-uçot ixtisası üzrə xidməti vəzifələrini icraetmə qabiliyyəti barədə xidməti və tibbi xasiyyətnamələrdəki rəyləri nəzərə alınmaqla çıxarılır.