Arxiv işləri bölməsinin pasportu (forma №- 13) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin Katibliyi tərəfindən fondların vahid qeydiyyatının aparılmasına, Arxiv işləri bölməsində olan işlərin sayının öyrənilməsinə xidmət edərək, sənədlərin saxlanılması şəraiti, Arxiv işləri bölməsinin kadr aparatının işi və tərkibi barədə məlumatları özündə birləşdirir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.
Arxiv işləri bölməsinin pasportu hər il 01.01. tarixə olan vəziyyətə əsasən iki nüsxədə tərtib edilir, birinci nüsxə yanvar ayının 15-dək Penitensiar xidmətə təqdim olunur, ikinci nüsxə isə həmin Arxiv işləri bölməsində qalır.