Vətəndaşların və ya qanuni nümayəndələrinin çağırışaqədər yaş həddində olanlar və çağırışçılar barəsində formalaşdırılan rəylər və çağırışçının şəhadətləndirilməsi üzrə yekun qərar barədə məlumatlandırılması onların elektron kabinetləri vasitəsilə həyata keçirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.

Çağırışaqədər yaş həddində olanların və çağırışçıların bu Əsasnamənin 2.10-cu bəndində qeyd olunan tibbi müayinə nəticələrinə əsasən diaqnozun dəqiqləşdirilməsi, yaxud müalicə zərurəti yarandığı halda, onlar ilkin hərbi qeydiyyata alma komissiyalarının, rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının və Mərkəzi Çağırış Komissiyasının qərarı ilə ixtisaslaşmış tibb müəssisələrinə əlavə ambulator və ya stasionar tibbi müayinələrin keçirilməsinə və ya müalicəyə göndərilirlər. Aparılmış tibbi müayinənin nəticələri barədə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilmiş formada onların sağlamlıq vəziyyətinin müayinə aktı tərtib edilir, tibb müəssisələri tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin elektron informasiya sistemlərindən VEİS-yə ötürülür və vətəndaşa təqdim edilir.