Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırışaqədər yaş həddində olanların qanuni nümayəndələrini və çağırışçıları onların Elektron Hökumət İnformasiya Sistemində yaradılan elektron kabinetlərinə (elektron kabinet) elektron formada çağırış vərəqəsi göndərməklə (bu mümkün olmadıqda çağırış vərəqəsi poçt rabitəsi və ya digər vasitələrlə və şəxsən təqdim olunmaqla) tibbi müayinələrin keçiriləcəyi tibb müəssisəsi və keçməli olduqları müayinə metodları, müəyyən edilmiş vaxtda yaxınlaşmalı olduqları müvafiq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyası və gəlməmələrinin nəticələri barədə məlumatlandırır.

Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.