“Xəstəliklər cədvəli”nin III qrafası üzrə şəhadətləndirilən hərbi qulluqçunun müalicədə və xəstəliyə görə məzuniyyətdə olma müddəti “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə uyğun olaraq o halda uzadıla bilər ki, o, müalicə qurtardıqdan sonra xidməti vəzifələrinin icrasına başlaya bilsin.

Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.

Hərbi qulluqçu qadınlara hamiləliyə və doğuşa görə məzuniyyət hərbi-həkim komissiyasının qərarı əsasında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müddətə verilir.