Könüllü hərbi XİDMƏT

08 Oktyabr 2024, 04:09

Könüllü hərbi xidmət keçən əsgərlərdə, matroslarda, çavuşlarda (Dövlət Sərhəd Xidmətinin çavuşlarından başqa və buraxılış kursunda təhsil alanlar istisna olmaqla), hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarında “Xəstəliklər cədvəli” ilə hərbi xidmətə yararlılıq kateqoriyasının fərdi qiymətləndirilməsini nəzərdə tutan xəstəliklər olduqda, hərbi xidmətə yararlılıq haqqında “C” kateqoriyası üzrə “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı çıxarılır.

Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.