Yüksək təhlükəli zonanın müəyyən edilmə qaydası müəyyənləşib.
Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Hündürlükdə işlər yerinə yetirilərkən hasarlar quraşdırılmalı və müəyyən olunmuş qaydada aşağıdakılara əsaslanaraq yüksək təhlükəli zonaların sərhədləri işarələnməlidir:
– Hündürlükdə işləyərkən yuxarıdan əşyaların düşmə ehtimalının olduğu yerlərdə yüksək təhlükəli zonaların sərhədləri, daşınan (düşən) cisimlərin üfüqi proyeksiyasının kənar nöqtəsindən daşınan (düşən) yükün ən böyük qabarit ölçülərini və əşya düşərkən aşağıdakı cədvələ uyğun olaraq kənara atılmasının (uçmasının) minimal məsafəsini əlavə etməklə müəyyən edilir.