Konstruksiyanın elementləri üzrə yuxarıya doğru qalxarkən sığorta edənin təhlükəsizliyi təmin etməsi aşağıdan həyata keçirilirsə, yuxarı qalxan işçi hər 2-3 m-dən bir konstruksiyanın elementlərinə birləşdiricilərlə birlikdə əlavə anker qurğuları quraşdırmalı və bunlardan kanat keçirməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Qalxıb-enən işçinin təhlükəsizliyi təmin edilən zaman, sığorta fünksiyasını yerinə yetirən işçi əllər üçün nəzərdə tutulmuş fərdi mühafizə vasitələrindən istifadə edərək sığorta kanatını iki əllə tutub saxlamalıdır.