Söykəmə və asma nərdivanlar istifadədən əvvəl məsul iş icraçısı tərəfindən baxışdan keçirilir (ayaqaltıların və taxtabəndlərin qəbulu və baxış keçirilməsi jurnalında qeydlər etmədən).
Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Nərdivanlar quru yerlərdə, təsadüfi mexaniki zədələnmələri istisna edən şəraitdə saxlanılmalıdır. Binaların mailliyi 20o-dən çox olan damlarında işləyən işçilərin keçib getməsi üçün, eləcə də işçinin ağırlığına hesablanmayan dam örtüyü olan damlarda işləmək üçün eni 0,3m-dən az olmayan, ayaqları dayamaq üçün köndələn plankalı pilləkənlər quraşdırılır. Bu pilləkənlər iş gedən müddətdə bərkidilir.