Əgər hündürlükdə görülən işlər naryad-buraxılış sənədinin tərtib olunmasını tələb edən başqa növ işlərlə eyni vaxtda yerinə yetirilirsə, o zaman bir naryad-buraxılış sənədi tərtib oluna bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Yerinə yetiriləcək işlərin siyahısında göstərilən işlərin icra edilməsi üçün işəgötürən icra planının işlənilməsini təmin etməlidir. İcra planının məzmunu bu Qaydalarda nəzərdə tutulmuşdur.