Yükqaldırıcı maşınlarda tətbiq edilən lövhəşəkilli zəncirlərin möhkəmliyinin ehtiyat əmsalı maşın ötürməsində 5-dən, əl ilə ötürmədə 3-dən az olmamalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Eyni zamanda stroplar üçün qaynaq olunmuş və ştamplanmış yük zəncirlərinin möhkəmliyinin ehtiyat əmsalı, sənədlərdə göstəriləndən az olmamalıdır. əncirlərin elektrik və ya dəmirçi-kürəçi qaynaq üsulu ilə yeni bəndlərin taxılması və ya xüsusi birləşdirici bəndlərin köməyi ilə calanmasına yol verilir. Calandıqdan sonra zəncirə baxış keçirilir və sənədə uyğun yüklə sınaqdan keçirilir.