Dam örtüyünün elementləri və detalları, o cümlədən bənd (tikiş) kompensatorları, qoruyucu önlükləri, suaxıdan boru xətlərinin bəndləri, novları, dam kənarları hazırlanmış şəkildə konteynerlərdə iş yerinə çatdırılmalıdır (verilməlidir).
Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Dam örtüyünün elementlərini və detallarını bilavasitə dam üzərində tədarük etməyə yol verilmir. Damda materialları yalnız, icra planında nəzərdə tutulmuş yerlərdə, onların düşməsinə, o cümlədən küləyin təsirinə qarşı tədbirlər görülməklə yerləşdirməyə icazə verilir.