Əl ilə idarə edilən tal sisteminin işə salma aparatı elə uzunluqlu polad trosda asılmalıdır ki, qaldırılan yükdən təhlükəsiz məsafədə duraraq mexanizmi idarə etmək mümkün olsun.

Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

İdarəetmə aparatı döşəmədən 0,5 m-dən aşağıda yerləşərsə, o zaman o, döşəmədən 1-1,5 m hündürlükdə, trosa bağlanmış qarmaqdan asılmalıdır. Əl ilə idarə olunan tal sisteminin mexanizmi, yükün öz ağırlığının təsiri altında rahat enməsini, qaldırma və ya endirmə zamanı istənilən anda dayandırılmasını təmin edən tormozla təchiz edilməlidir.