Yükün qaldırılması rəvan, dartmadan və yelləndirmədən, ətrafdakı əşyalara ilişmədən, stropları dolaşdırmadan yerinə yetirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Əl ilə idarə olunan ling ötürürücüsü olan bucurqadlarla işləyərkən aşağıdakılara yol verilmir:
– lingin yelləndiyi müstəvidə və qaldırılan yükün altında olmaq;
– uzadılmış ling tətbiq etmək;
– lingi dartaraq bir kənar vəziyyətdən digərinə keçirmək.