Elektrokimyəvi mühafizə quruluşları ayrıca yerləbirləşdirmə quruluşu ilə təchiz olunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Heyətə elektrokimyəvi mühafizə vasitələrinin cihazlarından göstəriciləri götürmək üçün təkbaşına elektrik qurğularının şkaflarında işləmək, dirəkdə yerləşən transformator yarımstansiyalarının dayaqlarına dırmaşmaq, boşaldıcı və başqa cərəyandaşıyıcı hissələrə toxunmaq qadağandır.