Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılıb.

Heftelik.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə edilən dəyişiklikdə əksini tapıb.

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 980 700 manatdan 1 068 400 000 manata qaldırılıb.

Fondun nizamnamə kapitalının artırılması (güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi) üçün 2024-cü ilin dövlət büdcəsindən Fonda ayrılan 87 700 000 (səksən yeddi milyon yeddi yüz min) manat hesabına təmin ediləcək.

Maliyyə Nazirliyi nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etməlidir.