İşçinin 1,8 m və daha çox hündürlükdən düşmə təhlükəsi ilə əlaqədar risklərin mövcud olduğu işlər və su səthinin, çıxıntılı əşyaların, maşın və ya mexanizmlərin üzərində yerinə yetirilməsi zamanı, işçinin 1,8 m-dən az hündürlükdən düşməsi mükünlüyü ilə əlaqədar olan risklərin mövcud olduğu işlər hündürlükdə görülən işlərə aiddir.

Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

İşəgötürənlər hündürlükdə işlərin görülməsi zamanı bu Qaydaların tələblərinə zidd olmayan təhlükəsizlik normalarını tətbiq etmək hüququna malikdirlər.