İsrail İranın raket hücumuna cavabı o qədər “ölümcül və gözlənilməz” olacaq ki, iranlıların nəsə başa düşməyə vaxtı olmayacaq.

Heftelik.az-ın məlumatına görə, bunu İsrailin müdafiə naziri Yoav Qalant ölkəsinin hərbi kəşfiyyat bölmələrindən biri ilə görüşündə bildirib.

Nazir deyib ki, İranın hücumu aqressiv, lakin qeyri-dəqiq idi: “Bizim hücumumuz isə əksinə, ölümcül, son dərəcə dəqiq və ən əsası gözlənilməz olacaq. İranlıların nə başa verdiyini anlamağa vaxtı olmayacaq. Onlar sadəcə nəticələri görəcəklər”.