Polad kanatın bərkitmə detalları, eləcə də kanatın bağlandığı binanın və ya digər qurğuların konstruktiv elementləri 0,5 san ərzində təsir edən, üfüqi tətbiq edilən 22000N (2200 kqQ) yükə hesablanmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Kanatın detalları mənfi 45o-dən müsbət 50o-yə qədər temperaturda və 100%-ə qədər nisbi rütubətdə özünün qoruyucu və istismar xassələrini saxlamalıdır.