Naxçıvan MSK-nın sədri Əkrəm Hüseynzadə uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Əkrəm Hüseynzadə yaxın vaxtlarda Naxçıvan MSK-nın yeni sədri təyin olunmuşdu.

O, 1983-cü ildə Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Universtetini tarix-filologiya ixtisası üzrə bitirib.

Filologiya üzrə fəlsəfə doktoru idi. O uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.