Dəniz yedəkləməsi yedəkçi gəmi kapitanının idarəetməsi ilə həyata keçirilir.

Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.

Əgər yedəkçi gəminin sahibi zərərin vurulmasında təqsirinin olmadığını sübuta yetirə bilməsə, o, dəniz yedəkləməsi zamanı yedəyə alınmış gəmiyə və ya digər üzən obyektə, yaxud həmin gəmi və ya obyektdəki insanlara və ya əmlaka vurulan zərərə görə məsuliyyət daşıyır.