Arxiv işləri bölməsində olan arxiv işlərinin tərkibində və həcmində aparılan dəyişikliklər dərhal qeydiyyat sənədlərinə daxil edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.
Arxiv işləri bölməsində aşağıdakı əsas qeydiyyat sənədləri tərtib edilir:
-işlərin siyahıları(2-4, 6 və 7 №-li formalar);
-daxil olan və göndərilən işlərin qeydiyyat kitabı (forma N 9);
-fondların siyahısı (forma № 10);
-fond vərəqi (forma №-11);
-fond kartoçkası (forma №-12);
-fondun işi;
-Arxiv işləri bölməsinin pasportu (forma №-13).
Əlavə qeydiyyat sənədlərinin də (siyahıların, reyestrlərin, mühafizəxananın pasportunun və s.) aparılmasına yol verilir.