Arxiv işlərinin mühafizəsinin təmin edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ”Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə qaydaları haqqında” Əsasnaməsinin 3-cü bəndinə uyğun olaraq təşkil edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.

Arxiv işləri bölməsi üçün ayrılan otaqlar xüsusi olaraq tikilir və ya onlar digər məqsədlər üçün tikilmiş, lakin müvafiq qaydada yenidən qurulmuş otaqlarda yerləşdirilir.

Tikinti müvafiq normativ və layihə sənədləri əsasında və bu Təlimatın tələbləri nəzərə alınmaqla eyni tipli və ya xüsusi layihələr üzrə aparılır .