Sıradankənar hərbi xidmətə yararlı olan müddətdən artıq xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları əgər “Xəstəliklər cədvəli” ilə başqa hal nəzərdə tutulmayıbsa, HDQ-də, ÜH-də, DP-də, XTD-də və XQ-də xidmətə yararsızdırlar.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.
Sıradankənar hərbi xidmətə yararlı və (və ya) müəyyən qoşun növündə hərbi xidmətə yararsız sayılmış hərbi qulluqçular həmin qoşun növündə arxa xidmət mütəxəssislərinin xidmət heyəti vəzifələrinə, inzibati-təsərrüfat və digər vəzifələrə təyin edilirlər.