Dövri xidmət aparılan xarici qurğularda hava mühitinin yoxlanılması işə başlamazdan əvvəl yerinə yetirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Buxar və qazların yayılmasını pisləşdirən əlverişsiz hava şəraitində (havanın yüksək temperaturu, küləksiz hava) həmçinin, görünmə dərəcəsi az olduqda (duman, qar, güclü yağış və s.) hava mühitini yoxlayan işçinin yanında müşahidəçi (əvəzedici) olmalıdır.