Azərbaycan Respublikası Silahlı Qüvvələri aviasiyasının, digər qoşunların və orqanların uçuş heyəti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan uçuş heyəti, uçuş heyətinin hazırlanması üzrə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları və bu hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə daxil olan vətəndaşlar tabeliyində aviasiya bölmələri olan orqanlarla razılaşdırılmaqla Azərbaycan Respublikasının Müdafiə naziri tərəfindən təsdiq edilən “Azərbaycan Respublikası Silahlı Qüvvələri aviasiyasının uçuş heyətinin tibbi şəhadətləndirilməsi haqqında” Əsasnaməyə uyğun olaraq həkim-uçuş komissiyalarında şəhadətləndirilirlər.

Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.