Dəniz yedəkləməsi müqaviləsinin tərəfləri yazılı razılaşmaya əsasən dəniz yedəkləməsinə idarəetməni yedəyə alınan gəminin və ya digər üzən obyektin kapitanının üzərinə qoya bilərlər.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Belə halda dəniz yedəkləməsi zamanı yedəkçi gəmiyə və ya həmin gəmidə olan insanlara və ya əmlaka vurulan zərərə görə məsuliyyəti, əgər zərərin vurulmasında təqsirinin olmadığını sübuta yetirə bilməsə, yedəyə alınmış gəminin və ya digər üzən obyektin sahibi daşıyır.