Hərbi xidmətə (orqanlarda xidmətə) könüllü daxil olan vətəndaşın hərbi xidmətə yararlılıq kateqoriyası haqqında qərar çıxarılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.
Zərurət olduqda, hərbi-həkim komissiyası həmçinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müəyyən növündə və ya müəyyən qoşun növündə hərbi xidmətə yararlılıq, yüksək dağlıq rayonlarda və əlverişsiz iqlim şəraiti olan yerlərdə hərbi xidmət (orqanlarda xidmət) keçməyə yararlılıq haqqında qərar çıxarır.