“Xəstəliklər cədvəli”nin III qrafası üzrə şəhadətləndirilən hərbi qulluqçular hərbi xidmətdən buraxılarkən, onlara xəstəliyə görə məzuniyyət verilməsi haqqında qərar çıxarılmır.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.
Xəstəliklər cədvəli”nin III qrafası üzrə şəhadətləndirilən hərbi qulluqçunun “həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız” hesab edildiyi və hərbi xidmətdən buraxılmanın rəsmiləşdirilməsi dövründə hərbi xidmət vəzifələrini sağlamlıq vəziyyətinə görə icra edə bilmədiyi halda, hərbi-həkim komissiyası hərbi xidmətə yararsızlıq haqqında qərarla yanaşı, eyni zamanda, onun hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılanadək olan müddətə azad edilməsinin zəruriliyi haqqında qərar çıxarır.