Oktyabrın 10-u saat 19 radələrində Qazax şəhəri ərazisində yerləşən Bakı Dövlət Universitetinin Qazax filialının yeməkxanasında 18 nəfər tələbənin qida zəhərlənməsi şübhəsilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı Qazax rayon prokurorluğunda araşdırma aparılır.

Heftelik.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə yeməkxanadakı qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub. Zəhərlənmə nəticəsində xəstəxanaya müraciət etmiş 18 tələbə ambulator nəzarətə götürülməklə evlərinə buraxılıb.

***

saat 10.16

Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Heftelik.az-ın xəbərinə görə, bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Araşdırmaların nəticələri ilə bağlı məlumat veriləcək.

***

saat 09.59

Qazaxda 18 tələbə dönərdən zəhərlənib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, oktyabrın 10-u saat 19 radələrində Qazax şəhərinin ərazisində yerləşən Bakı Dövlət Universitetinin Qazax filialının bufetində dönər yeyərək zəhərləniblər.

Zəhərlənən tələbələrə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.