Subklinik hipotireoz diaqnozu təyin olunan II qrafa ilə şəhadətləndirilənlər 6 ay müddətinə dinamik müşahidənin nəticələrinə əsasən “c” və ya “d” bəndi üzrə şəhadətləndirilirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.
Qidalanma çatışmazlığı olan vətəndaşlar stasionar müayinə və (və ya) müalicə olunmalıdırlar. Qidalanma çatışmazlığı olan vətəndaşların bədən çəkisi 45 kq-dan az olduqda, onlar hərbi xidmətə çağırılarkən 6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər.