Türkiyə yığması UEFA Millətlər Liqasının qrup mərhələsində bu gün növbəti oyununu keçirəcək.

Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə, B Liqasının 4-cü qrupunda mübarizə aparan kollektiv Monteneqronu qəbul edəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Bu gün ümumilikdə 8 qarşılaşma baş tutacaq.

UEFA Millətlər Liqası
A Liqası

3-cü qrup
22:45. Macarıstan – Niderland
22:45. Bosniya və Herseqovina – Almaniya
Xal durumu: Almaniya – 4, Niderland – 4, Bosniya və Herseqovina – 1, Macarıstan – 1.

B Liqası
1-ci qrup
22:45. Ukrayna – Gürcüstan
22:45. Çexiya – Albaniya
Xal durumu: Gürcüstan – 4, Albaniya – 3, Çexiya – 3, Ukrayna – 0.

4-cü qrup
22:45. Türkiyə – Monteneqro
22:45. İslandiya – Uels
Xal durumu: Türkiyə – 4, Uels – 4, İslandiya – 3, Monteneqro – 0.

C Liqası
1-ci qrup
20:00. Estoniya – Azərbaycan
22:45. Slovakiya – İsveç
Xal durumu: İsveç – 6, Slovakiya – 6, Azərbaycan – 0, Estoniya – 0.