Vəkil Sümbülə Əliyevanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti əsasında məhkəmə başlayıb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə baxılır. Şikayət üzrə ilkin baxış iclası keçirilirb.

Məhkəmənin baxış iclası oktyabrın 24-nə təyin olunub.

Qeyd edək ki, bu il iyulun 8-də Bakı Ağır Cinayətlər Məhkəməsin hökmünə əsasən, Sünbülə Əliyevaya Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, təyin edilmiş 4 il müddətə azadlıqdan məhrum etmə cəzası 2 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilib. Həbsdə olan Sümbülə Əliyeva məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, ittihama görə, Sümbülə Əliyeva hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial sığortaları və pensiya fonduna ödənməli olan məbləği dövlət büdcəsinə köçürməyib və mənimsəyib. O, Cinayət Məcəlləsinin 179.3.2 və 213.1-ci maddəsi ilə ittiham edilir. Zərərçəkmiş qismində Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tanınıb.