Oktyabrın 11-i rayonun Xudat qəsəbəsi ərazisində “VAZ-21011” və “VAZ-21099” markalı minik avtomobilləri toqquşub.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Heftelik.az-a verilən məlumata görə, qəza nəticəsində 2 nəfər ölüb, 1 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

***

saat 16.57

Gəndob-Yalama avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  yolun Xudat şəhəri ərazisindən keçən hissəsində “VAZ 21011” və “VAZ 21099” markalı minik avtomobilləri toqquşub.

Nəticədə 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Hazırda faktla bağlı araşdırma aparılır.